Təmir və Yenidənqurma
Bakı şəhəri Neapol kruqunda yerləşən MILGASTRONOM ət dükanı F Holding MMC tərəfindən əsaslı şəkildə təmir edilmiş və müasir üslubda yenidən dizayn olunmuşdur. Layihə çərçivəsində dükanın daxili interyeri tamamilə yenilənmiş, müasir ticarət avadanlıqları və soyuducu sistemlər quraşdırılmışdır. İşıqlandırma, rəf sistemi və vitrinlər müştəri rahatlığı və məhsulların düzgün təqdimatı üçün yenidən qurulmuşdur. Dizayn prosesində həm funksionallıq, həm də estetik görünüşə xüsusi diqqət yetirilmişdir. Ərazidə həmçinin sanitar-gigiyenik normalara uyğun şərait yaradılmış, müasir tələblərə cavab verən satış mühiti formalaşdırılmışdır. Bu layihə F Holding-in pərakəndə ticarət sahəsində müştəri məmnuniyyətini artırmaq və xidmət keyfiyyətini yüksəltmək istiqamətində atdığı uğurlu addımlardan biridir.